18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
Goranboyda “8 noyabr-Zəfər Günü” ilə bağlı ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri və Qazilər, rayon ictimaiyyətinin fəalları, məktəblilər və gənclər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda, ötən il sentyabrın 27-dən başlayan və böyük Zəfərlə yekunlaşan, dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. İcra başçısı yeni şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq Möhtəşəm Qələbə müjdəsini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırdı. Tədbir çərçivəsində, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında və arxa cəbhədə möcud vəziyyət barədə reallıqları ölkə və dünya ictimaiyyətinə operativ çatdıran bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olundular. Tədbirdə rayon mədəniyyət evinin incəsənət ustalarının və məktəblilərin ifasında ədəbi-bədii proqram, idmançılarımızın idman göstəriciləri və gənc rəssamaların əl işlərindən ibarət rəsm sərgisi və digər sənət nümunələri nümayiş etdirildi. Tədbirdən sonra Zəfər Günü münasibəti ilə, rayon ərazisində müxtəlif növ olmaqla, ümumilikdə 400 ədəd ağac əkildi.
Bölməyə aid digər xəbərlər