Day, Month 00, Year
00: 00: 00 AM
Göygölə köçürülən almanların qəbirləri indiyədək qorunub saxlanılır - VİDEO

Tarix boyu başqa xalqların mədəni dəyərlərinə hörmətlə yanaşan Azərbaycanda bu gün də bu ənənə davam etməkdədir.
Vaxtilə Göygöl rayonunda məskunlaşan almanların dəfn olunduğu iki məzalıq var ki, bu tarixi məkan da Azərbaycan xalqı tərəfindən qorunub saxlanılır.
İlkin məlumata əsasən, məzarlıqlarda dəfn olunan almanların sayı iki mindən artıqdır. Qəbirlərin baş daşları, üzərindəki yazılar belə aydın şəkildə oxunur.
86 yaşlı Göygöl sakini Fikrət İsmayılov deyir ki, hər zaman Almaniyadan babalarının, eləcə də yaxınlarının məzarlarını ziyarətə gələnlər olur. Almanların Azərbaycana gəlişi 1815-1819-cu illərə təsadüf edir. O dövrdə çar Rusiyası kənd təsərrüfatının inkişafı istiqamətində bir qrup alman ailəsini Qafqaza, o cümlədən Azərbaycana köçürür. Ölkəmizə gələn almanların ən sıx yerləşdiyi ərazilərdən biri isə Göygöl rayonu olur.
Zaman ötdükcə burada yaşayan almanlar yerli əhali ilə qaynayıb-qarışır, onlar üçün xüsusi evlər tikilir. Bu gün Göygöl rayonuna gələn istənilən şəxs səliqə ilə, bir-birinə bənzəyən evləri görə bilər. Almanların Göygöldə əsas məşğuliyyəti isə şərabçılıq olub.
Məlumat üçün onu da bildirək ki, Göygöl rayonunda yaşayan sonuncu alman Viktor Klayn 2007-ci ildə dünyasını dəyişib. Yerli əhali Viktorun vəsiyyətinə uyğun olaraq onu alman məzarlığında, yaxınlarının yanında dəfn edib.
Daha ətraflı:

 


Tarix: 2-09-2021, 10:09 Oxunub: 107


Bölməyə aid digər xəbərlər
1-09-2021, 13:04 YUNESKO nə üçün susur?