19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
İsmayıllı rayonunun sahibkarlıq fəaliyyəti
Bu dəfə növbəti Azərbaycanın gözəl və turistik bölgələrdən biri ilə tanış olacağıq. İsmayıllı rayonun ərazisi uzun müddət eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-cü ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. İsmayıllı rayonunun sahəsi 2075 kvadrat kilometrdir. Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu 6 inzibati rayonla həmsərhəddir. Şimaldan Quba rayonu, şimal-şərqdən Şamaxı rayonu, cənub-şərqdən Ağsu rayonu, cənubdan Kürdəmir rayonu, cənub-qərbdən Göyçay rayonu, qərbdən və şimal-qərbdən isə Qəbələ rayonu ilə əhatələnib. Rayon ərazisində 2 şərab zavodu, bir kərpic zavodu, 2 asfalt zavodu, bir beton zavodu, 21 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 26 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 rəsm Qalereyası, 1 Turizm İnformasiya Mərkəzi, 1 Peşə Tədris Mərkəzi və ismayıllı Dövlət Humanitar və Texnologiya Kolleci mövcuddur. İnzibati rayon ərazisinin əhalisi əsasən, azərbaycanlılar, ləzgilər, ruslar və tatlardan ibarətdir. İsmayıllı rayonunun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları tutur. Rayonun ərazisində, həmçinin, təbii mineral su bulaqları mövcuddur. Böyük Qafqazın cənub yamaclarından süzülüb gələn bu sular, əsasən, Bədo, Həftəsiyab, Diyallı, Namazgah, Lahıc, Gəndov və s. kəndlərində yerləşir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu sular tipinə mənsubdur. İsmayıllı rayonu subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Bol günəş enerjisi alan İsmayıllı rayonu ərazisində meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılmışdır. İqlim ehtiyatlarından kurort və istirahət məqsədləri üçün də istifadə edilir. Meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin mineral bulaqlar şəbəkəsi, olduqca yaylaqlar ilə fərqlənən rayon ərazisinin kurort-istirahət bölgəsi kimi istifadə edilməsinin böyük prespektivləri var. Rayonun düzənlik ərazilərini su ilə təmin etmək məqsədi ilə Aşıqbayram və Yekəxana su anbarı tikilmişdir. Hər ikisi Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayı Qazli yaxınlığında Əyriçayın cənubuna ayrılan qoludur. Aşıqbayramlı su anbarı 1951-ci il,sahəsi : 0.8 km², həcmi : 3.6 mln. m³ Yekəxana su anbarı 1962-ci il, sahəsi : 3.7 km², həcmi: 19 mln. m³ Aşıqbayramlı su anbarı həcminə və sahəsinə görə respublikada ən ilk tikilən böyük su obyektlərdən biridir. Ərazidə mülayim-isti və yarımsəhra-quruçöl iqlimi şəraitində yetişdirilən istisevər və gəlir gətirən texniki bitkilərin suvarılmasında bu su anbarlarının əhəmiyyəti vardır. Bununla yanaşı həmin su obyektlərində balıqçılıq təsərrüfatı inkişaf etdirilir. Ərazidə sürünənlər, gəmiricilər və həşəratlarla yanaşı, 5 dəstəyə aid olan 35 növ məməlidən Zaqafqaziya qonur ayısı, maral, cüyür, dağ kəli, vəhşi qaban, canavar, tülkü, porsuq, kirpi, dovşan, vaşaq, Amerika yenotu; 90 növ quşdan İsgəndər quşu (fır kəklik), buruqboyun ağacdələn, qırqovul, kəklik, qartal, qızılquş, ley, qırğı,quzğun, arıquşu, toğlugötürən, qaratoyuq, zığ-zığ, cüllüt, vağ, bülbül və s. məskunlaşmışdır. Quşlardan Qafqaz tetrası, toğlugötürən, berqut, ilanyeyən; məməlilərdən qonur ayı, vaşaq, cüyür, Aralıq dənizi tısbağası, daraqlı triton və çay qızılxallı balığı Qırmızı kitaba daxil edilmişdir. 2006-cı ildən İsmayıllı qoruğu da daxil olmaqla rayonun bütün yüksəkdağlıq ərazisi 130508 ha ərazidə yaradılmış Şahdağ Milli Parkıərazisinə daxil edilmişdir. İsmayıllıda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etdirilmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və digər müəssisələr vardır. Rayonda "Qız Qalası", "Green House", "Qaranohur" kimi məşhur istirahət mərkəzləri fəaliyyət göstərir.Rayon mərkəzindən 10 kilometr məsafədə, Xanəgah kəndi yaxınlığında, İsmayıllı Dövlət Qoruğunun ərazisindəki sıldırım dağın zirvəsində ucalan Qız qalası bu yerlərin ən məşhur tarixi abidəsidir. Sıx meşə ilə örtülü dağın zirvəsinə günəş şüaları düşmədiyi üçün bura hər zaman sərin olur. Qaladan dövrümüzə bürclər, divarlar və səkinin bir hissəsi gəlib çatıb.Musiqili fəvvarəsi, rahat oturacaqları və Avropadan gətirilmiş yaraşıqlı fənərləri olan Heydər Əliyev Parkı axşamlar və istirahət günləri sakinlərlə dolub-daşır. Buraya gələn gənclər və yaşlılar yüzillərlə yaşı olan əzəmətli çinarların altında sərinləyir, musiqiyə qulaq asır və İsmayıllı Mədəniyyət Mərkəzinin binasında quraşdırılan monitordan xəbərləri izləyirlər. Parkda “Amerikan təpəcikləri”, “Qazlar-ördəklər”, “Gündüz və gecə" karuselləri kimi uşaq attraksionları, uşaq dəmir yolu, balacaların oynaması üçün hava ilə doldurulan poliqon, maqnit yastıqlar üzərində kiçik maşınlar və s. var. Heydər Əliyev Parkının ərazisində bu diyarın zəngin tarixi ilə əyani şəkildə tanış olmağa imkan verən İsmayıllı Diyarşünaslıq Muzeyi də yerləşir. 1980-ci ildən fəaliyyət göstərən muzey 2009-cu ildə yeni binaya köçürülüb. Muzeydə toplanmış mindən çox eksponat arasında nadir əşyalar, məsələn, dünyada aşkar olunmuş ən qədim kərə yağı sərgilənir. Qalacıq kəndi-Kənd rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir və bu istiqamətdə sonuncu yaşayış məntəqəsidir. “Ögey ana” filmində İsmayılın itburnu topladığı zaman partlayan dağın olduğu məşhur fraqment də burada lentə alınıb. Çəkilişlərin aparıldığı dağ kəndə gedən yolun tam ortasında yerləşir. Filmin çəkilişi zamanı burada həqiqətən yol çəkilirmiş və əsl partlayış olubmuş. O zamanlar Qalacığın yolu çətin və uzun idi. Basqal-İlk baxışdan Bakıdakı İçərişəhərə bənzəyən Basqal kəndi abadlığı ilə seçilir. Bu kənd 1933-cü ilədək rayon mərkəzi olub. Kəndin şərəfinə "Basqalı" musiqi nömrəsi də var. 1958-ci ildə "Uzaq sahillərdə" filminin bəzi fraqmentləri burada lentə alınıb. Kəlağayı-Basqal orta əsrlərdə sənətkarlıq və ipəkçilik mərkəzi olub. Son zamanlaradək bütün ailələrdə ipək toxuyan dəzgahlar vardı. Boyaqçı, toxucu, baramaçı və ipəkçi sənətləri nəsildən-nəslə ötürülürdü. Lahıc kəndi xüsusilə diqqətəlayiqdir. Lahıcda emalatxana və dükanların əksəriyyəti qəsəbənin mərkəzi küçəsi boyunca yerləşir. Çətinliklərə baxmayaraq, yerli ustalar indiyədək öz əcdadlarının sənətini davam etdirirlər. Onların arasında misgərlər, dəri ustaları, dulusçular, dəmirçilər, papaqçılar, ağac üzərində oyma sənətkarları var. Həmçinin burada xalça toxuyur, suvenir və milli geyimlər hazırlayırlar.
Bölməyə aid digər xəbərlər