Day, Month 00, Year
00: 00: 00 AM
Zərdab rayonunun sahibkarlıq fəaliyyəti


Bu dəfə növbəti səfər edəcəyimiz rayon Zərdab rayonudur. Bu rayona nəzər yetirdiyimizdə digər rayonlardan heç də geri qalmadığının şahidi olacağıq. Zərdab inzibati-ərazi vahidi Aran iqtisadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir. Zərdab rayonu Ucar dəmiryolu stansiyasından 35 km, paytaxt Bakıdan 231 km aralıdadır.İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar. Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. "Azərbaycan SSR atlası" kitabında göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500–1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir.Mərkəzi əvvəllər Əlvənd olub. 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi vardır.Zərdab rayonu 5 fevral 1935-ci ildə təşkil olunmuşdur.1 yanvar 1963-cü il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir.6 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir.İnzibati mərkəzi – Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, YuxarıSeyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xanməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəli Quşçu, Dəkkəoba, İsaqbağı, Qaravəlli, Böyük Dəkkə, Nəzəralılı, Şıxbağı, Kəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba, Təzəkənd kəndlərini özündə birləşdirir. Bir tərəfdən Aran iqtisadi rayona daxil olan Kürdəmir, Ağdaş, Ucar, digər tərəfdən isə, təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Bərdə, Ağcabədi rayonu ilə sərhədlənərək 860 kvadrat kilometr əraziyə malikdir. Rayonun səthi düzənlik olub, əsasən, okean səviyyəsindən aşağıda yerləşir. Zərdab rayonuda digər rayonlar kimi əsasən sahibkarlıq fəaliyyəti inkşaf edən rayondur.Heydər Əliyev Kür çayının daşması və daşqının nəticələrinin aradan qaldırılması ilə əlaqədar 29 may 1978-ci ildə Zərdab rayonuna səfər etmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə 2006-cı il iyun ayının 30-da Zərdab rayonuna səfər etmişdir. Cənab Prezident tarixi səfərində rayonda Heydər parkının və Heydər Əliyev muzeyinin, rayonun Dəkkəoba kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş orta məktəbin açılışında iştirak etmiş, 32 mənzilli yaşayış binasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillərin orderlərini təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti səfəri 2011-ci il may ayının 6-da olmuşdur. Səfər zamanı rayon mərkəzində tikilən möhtəşəm Heydər Əliyev Mərkəzində aparılan son tamamlama işləri ilə tanış olmuş, rayonun ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 07 oktyabr 2012-ci il tarixdə Zərdab rayonuna səfəri zamanı bir sıra obyektlərin açılışında iştirak etmişdir.Heydər Əliyev Mərkəzinin açılışı; YAP Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışı; Gənclər Mərkəzinin açılışı; Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanışlıq və su bulağının açılışı, Veteranlar evi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 02 dekabr 2016-cı il tarixdə Zərdab rayonuna səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olmuş, ictimaiyyət nümayəndələri və tibb işçiləri ilə görüşmüşdür. Bu rayonun sosia-iqtisadi həyatıda digər rayonlardan heçdə geri qalmır. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq, balıqçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, çörək, asfalt, süd zavodları fəaliyyət göstərir. Yaxşı bilikki Zərdablılar işgüzar qayğıkeş və təşəbbüskardırlar. Burada hərə öz işinin peşəkarıdır. Əkinçi torpağın dilinin,heyvandar mal-qaranı,qoyun keçini lazımı səviyyədə bəsləmək qaydasını,inşaatçı nümunəvi tikinti aparmağı,müəllim şagirdlərə hərtərəfli bilik verməyi,həkim insanların sağlamlığı keşiyində ayıq-sayıq durmağı yaxşı bilir. Rayonda taxılçılıqda bu il ən yüksək səviyyədə olmuşdur. Zərdaba qonaq gəlsəniz çəkinmədən istənilən qapını döyə bilərsiniz: sizi gülərüzlə qarşılayıb, içəri dəvət edəcəklər. Əgər siz kimisə narahat etmək istəmirsinizsə rayonun mərkəzində lazımi rahatlığı olan mehmanxana istənilən anda sizi qəbul edə bilər. Mehmanxana Zərdab rayon mədəniyyət evi ilə üzbə-üz yerləşir. Zərdabın restoranlar şəbəkəsi əsasən Kür çayı boyunca yerləşib. "Dalga" və "Tural" restoranları zərdablıların və onların qonaqlarının yay aylarında ən çox üz tutduqları məkanlardandır. Burada sakit axan Kürün könül sakitləşdirən mənzərəsini seyr edərək milli yeməklərimizi sifariş etmək olar. Öz rahatlığı ilə seçilən digər restoran rayon mərkəzindən nisbətən uzaqda, Zərdab və Ağcabədi rayonlarının sərhəddində yerləşən "Kür" restoranıdır. Kürün sahilində yerləşən, böyük ərazini əhatə edən bu restoran istər qış, istərsə də yay aylarında öz müştərilərinə göstərdiyi yüksək keyfiyyətli xidmətlə seçilir.Zərdab rayonun mərkəzində, zərdablıların "bağ" adlandırdığı H.Zərdabi adına istirahət parkının ərazisində də keyfiyyətli xidmət göstərən yeməkxanalar vardır. Bu ərazidəki çayxanlar isə zərdablıların və onların qonaqlarının ən çox toplandığı istirahət yerlərindəndir. "Bağ" adlandırılan bu ərazinin özünəməxsus tarixi var. Belə ki, H.Məlikov-Zərdabinin əmisi oğlu , ötən əsrin ortalarında sürgündən qayıdan Həmdullah bəy tərəfindən genişləndirilib qulluq edilən bu sahə sonradan Zərdabinin adı ilə adlandırılmışdır. Sonradan təkcə bağa deyil, burada ucaldılmış Zərdabinin heykəlinə qulluq edən Həmdullah bəy ömrünün son anlarını da burada başa vurmuşdur.


Tarix: 16-07-2021, 15:16 Oxunub: 554


Bölməyə aid digər xəbərlər