Day, Month 00, Year
00: 00: 00 AM
Şəmkir rayonunun sahibkarlıq fəaliyyəti



Bu günki bəhs edəcəyimiz növbəti gözəl rayonlarımızdan biri olan Şəmkir rayonudur. Şəmkir şəhərinin adı eyniadlı qalanın adı ilə bağlı olub. Həmin qalanın qalıqları şəhərin 20 kilometr şərqində Muxtari kəndinin yaxınlığında yerləşir.

Şəmkir rayonun sərvətləri hər zaman tacirlərin və yadelli işğalçıların diqqət mərkəzində olmuşdur. Azərbaycanda xanlıqlar dövründə Şəmkir rayonu Gəncə xanlığının tərkibində olmuşdur. Şəmkir rayonu 1930-cu ildə təşkil olunmuş, ərazisi 1660 min kv. km, əhalisinin sayı 212756 nəfərdir. Rayon ərazisində 1 şəhər, 4 qəsəbə, 61 kənd vardır. Yaşayış məntəqələrinin sayı 66-dır.
48 inzibati ərazi dairəsi, 46 bələdiyyə fəaliyyət göstərir. Rayon ərazisində 181 idarə və müəssisə, 23 özəl bank filialı, 1 rabitə müəssisəsi, 1 telekommunikasiya qovşağı vardır. Rayon mərkəzi Bakı şəhərindən 400 km, Dəllər dəmir yol stansiyasından isə 4 km aralıda yerləşir. Rayonun şimal-şərq hissəsini Ceyrançöl, mərkəzi hissəsini Gəncə - Qazax  düzənliyi, cənubunu isə Kiçik  Qafqazın şimal-şərq ətəkləri əhatə edir. Şəmkir rayonuda kənd təsərrüfatı özünü biruzə verir. İqtisadiyyatında quşçuluq heyvandarlıq baramaçılıq və əkinçilik ticarət və tikinti obyektləri mühüm yer tutur. Burada kənd təsərrüfatının maşınqayırması,üzüm emalı müəsisələri,yerli istehsalat kombinatları,tikinti materialı kombinatları,SES və başqa müəsisələr vardır. Rayonda əsasən taxılçılıq, üzümçülük, kartofçuluq, tərəvəzçilik, bostançılıq balıqçılıq və meyvəçilik inkişaf etmişdir. 1906-cı ildə təkcə “Hummel qardaşları” şirkəti “Şəmkir stansiyasında 450 desyatin (indiki Təzəkənd kəndi) torpağı 45 min rubla alıb, bundan 60 desyatini üzümlük üçün ayırıb, elə buradaca 150 vedrəyədək şərab tutan anbar tikib”. 1923-1924-cü illərdə Azərbaycanda bir çox alman koloniyalarında, o cümlədən Annenfelddə konyak zavodları tikilib. Beləliklə, Azərbaycanda şərabçılıq sənayesinin əsası qoyulub.

Əhalinin digər məşğuliyyətlərindən biri də ümumi ərazilərində və yaxud ümumi ərazilərdə yerləşən yerləşən istixanalarda əkinlə məşğül olmaqdır.
Son dövrlərdə əsasən açıq sahələrdə çiyələk malina istehsal olunub satışa çıxarılması diqqəti çəkir. Kənd tərəssüfatının inkşafına təkan olunması məqsədilə sahibkarlar rayon mərkəzlərində ticarət obyektləri və bazarlar yaradılmışdır. Bunlara misal olaraqdan İpək yolunun kənarında 4 yol ayrıcında yerləşən Səbət bazarını göstərmək olar.

Buranın açılması ilə həm sahibkarlar həm istehsalçılar gəlirlərini daha çox artırmış oldular. Yeni işçilərin göstürülməsi nəticəsində işsiz əhalinin sayı azda olsa azalmışdır. Şəmkir rayonuda digər rayonlarda olduğu kimi ölkəyə gələn turistlərin diqqətini cəlb etməyi bacarmışdır. Rayonda yaşayan bir çox sahibkarlar tərəfindən turizmin inkşafına təkan verən otellər və restoranlar inkşaf etmişdir. Bunlara misal olaraq rayon mərkəzində yerləşən Excelsior Hoteli göstərmək olar.

Bu otel xarici turistlərin eləcədə yerli əhalinin diqqətini çəkməyi bacarmışdır. Növbəti belə gözəl məkanlardan biri isə Qala ailəvi istirahət mərkəzini hesab etmək olar.

Bu istirahət mərkəzinə daxil olduğunuz ilk andan etibarən özünüzü sanki qədim dövrə düşmüş kimi hiss edəcəksiniz.

Hazırda məşğul əhalinin sayı 15000 nəfərə yaxındır. O cümlədən sənayedə çalışanların sayı 900-ə yaxın, tikintidə 150-ə yaxın, büdcə təşkilatlarında 10256 nəfər o cümlədən təhsil sahəsində 5800 nəfərə yaxın, səhiyyədə 2591 nəfər, digər sahələrdə isə 4322 nəfərdir. Bu gün Şəmkirin beş əsas küçəsi - Səməd Vurğun, Nizami, İsrafil Məmmədov, Həzi Aslanov və Sabir küçəsi alman həyat tərzinin bir növ memorialıdır. Əvvəllər bu küçələr sadədə Birinci, İkinci, Üçüncü və s. adlandırılırdı. Burada hər şey - evlər, çəpərlər, arxlar onların əvvəlki sahiblərini xatırladır. Bu küçələrdən birində - Həzi Aslanov küçəsində isə alman Lüteran kilsəsi ucalır. 


Kirxa 1909-cu ildə neoqotik üslubda tikilib və 1941-ci ilədək kilsə kimi istifadə olunub. 2012-2013-cü illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə orada əsaslı rekonstruksiya işləri aparılıb. Heydər Əliyev Fondunun “Azərbaycan – tolerantlıq məkanı” layihəsi çərçivəsində həyata keçirilən rekonstruksiya işləri dövlətimizin tarixi keçmişi və dini-mədəni dəyərləri dəstəkləmək üzrə missiyasının növbəti göstəricisidir. Şəmkirin  digər istehkamı inzibati mərkəzdən 15 kilometr cənubda yerləşən indiki Çinarlı kəndi, əvvəlki Georqsfeld məntəqəsidir.

Məntəqə 1888-ci ildə yaradılıb, iki ildən sonra burada 5 hektar ərazisi olan mənzərəli park salınıb. Onun ərazisində rəqs meydançası, kəndlilərin istirahət vaxtının təşkili üçün Mədəniyyət Evi, şərab istehsalı zavodu və Lüteran kilsəsi tikilib. Çinarlı qəsəbəsinin digər görməli yeri köhnə körpüdür. Bu körpüdə Azərbaycan kinematoqrafının klassikası - “Əhməd haradadır?” filmi çəkilib.

Şəmkirin digər rəmzlərindən biri səkkizguşəli ulduz formasında olan nadir Bayraq Muzeyidir. İkimərtəbəli, şüşə ilə üzlənmiş işıqlı binada Azərbaycanın qədim və müasir tarixindən bəhs edən qiymətli eksponatlar saxlanılır. Muzeyin pavilyonlarında Azərbaycan ərazisində müxtəlif dövlətlər, xanlıqlar dövrünə aid bərpa edilmiş bayraqlar, bayraqların ucluqları, gerblər və s. yer alır. 

Muzeydə, Bakıda, Dövlət Bayrağı Meydanında quraşdırılmış bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olmasını təsdiqləyən Ginnesin Rekordlar Kitabı sertifikatının surəti saxlanılır. Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 162 metrdir. Bununla belə, Şəmkirin Bayraq Meydanında quraşdırılmış bayraq dirəyi də ondan çox geri qalmır. Hündürlüyü 98 metr olan bu dirək bu göstəriciyə görə Azərbaycanda ikinci hesab edilir.
Bayraq Meydanı və Şəmkirdəki Heydər Əliyev Mərkəzinin yaxınlığında böyük şəhər parkı salınıb. 2013-cü ildə açılan parkın ümumi sahəsi 22 hektardır. 

Onun ərazisində 7 müasir fəvvarə var, 800 metr uzunluğunda tunel tipli su kanalları çəkilib, kanalların üzərindən 10 körpü salınıb. Parkda həmçinin süni göl yaradılıb, təxminən 20 min bəzək ağacı və müxtəlif növ gül əkilib.

Şəmkir şəhər parkının özəl cəhəti isə böyük əyləncə mərkəzidir. Mərkəzdə çoxlu sayda açıq hava attraksionları və 150-dən çox oyun avtomatı olan örtülü pavilyon var. 

Açıq havada 12 növ başgicəlləndirici yelləncək və attraksion, o cümlədən bu gün Azərbaycanda yeganə olan “Amerikan təpəcikləri” quraşdırılıb..


Tarix: 14-07-2021, 10:44 Oxunub: 501


Bölməyə aid digər xəbərlər