19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Azərbaycanın bir çox tarixi əhəmiyyətli və zəngin mədəni irsə malik olan rayonları var. Onlardan biri də Azərbaycanın dilbər guşələrindən biri sayılan Quba rayonudur. Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində bəhs olunmuşdur. Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulmuşdur. XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Quba iqtisadi rayonunun ərazisi Böyük Qafqazın qar və buzlaqlarından qidalanan sıx çay şəbəkəsinə malikdir. Buna görə də rayonda suvarma əkinçiliyi inkişaf etmişdir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Rayonda konserv məhsulu istehsalı ilə məşğul olan "SAF" Məhdud Məsuliyyətli Cəmiyyətində 60 çeşiddə meyvə-tərəvəz şirələri, meyvə konsentratları mürəbbələr istehsal olunur. Müəssisədə 146 nəfər işləyir. İllik məhsul istehsalı həcmi 3,5–4 milyon manat təşkil edir. Rayonda həmçinin əkinçilik və maldarlıqda inkşaf etmişdir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar son zamanlarda öz işlərindən daha çox gəlir əldə etməyə başlayıblar. Rayon ərazisindəki yolların cəmi uzunluğu 542 km təşkil edir. Rayon ərazisindən 67 km respublika əhəmiyyətli yollar keçir. Respublika əhəmiyyətli yolların 55 km-i II dərəcəli, 12 km-i isə III dərəcəli yollardır. İqlimi düzənlik və dağətəyi hissədə yayı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda −4 °C-dən l°C-dək, iyulda 2 °C-dən 24 °C-dəkdir. Quba iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Ərazisi 2,61 min kv.km, 01 yanvar 2019-cu il tarixə əhalisi 171,638 min nəfərdir. 2009-cu ildə keçirilmiş siyahıya alınmaya əsasən əhalinin 79,2%-ni azərbaycanlılar, 9,1%-ni tatlar, 5,9%-ni ləzgilər, 1,8%-ni yəhudilər, 1,4%-ni xınalıqlılar, 1,4%-ni türklər, 0,5%-ni qrızlılar və 0,7%-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər, 7 qəsəbə və 149 kənd vardır. Əhalisinin çoxu (təxminən 76 %) kəndlərdə yaşayır. İri yaşayış məntəqələri Quba şəhəri, Qırmızı Qəsəbə, Qonaqkənd, Zərdabi qəsəbələri, Birinci Nügədi, İkinci Nügədi, Alpan, Alekseyevka, Vladimirovka, Amsar, Digah, Timiryazev, Qəçrəş kəndləridir. Quba bölgəsi şaquli zonallıq üzrə dağlıq, dağətəyi və düzən yarımbölgəyə ayrılır. Bu yarımbölgələrin hər birinin torpaq – iqlim şəraiti meyvə bitkilərinin becərilməsi üçün əlverişlidir. Lakin bu bölgədə bağların əsas hissəsi dağətəyi yarımbölgədə yerləşdirilmişdir. Dağlıq yarımbölgənin torpaqları isə əsasən örüş yeri kimi istifadə olunur. Burada mövcud olan bağlar isə pərakəndə şəkildə geniş qida sahəsi verilmiş intensiv sistemli bağlardır. Bununla belə məlumdur ki, dağlıq zonada meyvə bitkilərinin intensiv əsaslarla becərilməsi imkanları böyük olması ilə yanaşı burada meyvələrin tərkibindəki quru maddənin, şəkərin, turşuluğun, C vitaminin miqdarı da xeyli artıq olur. Əhalinin get-gedə artımı yeni iş yerlərinə olan təlabatın yaranmasına səbəb olur. Rayonda son zamanlar yeni iş yerləri yaradılıb və kənd təsərrüfatı sahəsi inkişaf edir. Bu isə özlüyündə Quba rayonunda olan sahibkarlıq fəaliyyətinin inkişafına təkan verir.
Bölməyə aid digər xəbərlər