Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda kənd təsərrüfatında yüksək dinamika müşahidə olunur.


Goranboy rayonunda iqtisadiyyatın hər bir sahəsində olduğu kimi kənd təsərrüfatında da yüksək dinamika müşahidə olunur.Rayon iqtisadiyyatının əsasını aqrar sektor təşkil edir ki, burada da əkinçilik və heyvandarlığın xüsusi payı var.
Cari məhsul ilində 8445  hektar buğda sahəsindən   7932 hektarı biçilmiş, 26 890 ton məhsul götürülmüşdür. Orta məhsuldarlıq 33,9 sentnerdir. Qalan 513 hektar sahə dağətəyi zonada dəmyə şəraitində becərildiyi üçün biçin işlərinə iyul ayının sonlarında start veriləcəkdir. Arpa biçini isə tam başa çatdırılmış, 13 641 hektardan 45 288,1 ton məhsul əldə olunmuşdur. Orta məhsuldarlıq 33,2 sentnerdir. Ümumilikdə, 22 086 hektardan  72 178,1 ton məhsul  götürülmüşdür. Ümumi orta məhsuldarlıq 33,4 sentner təşkil edir.
Barama istehsalında da nəticə yüksəkdir. Belə ki, rayon üzrə kümçülərə verilmiş 150 qutu barama qurdundan 5,8 ton məhsul toplanaraq, aidiyyəti üzrə təhvil verilmişdir.
Əvvəlki illərdə olduğu kimi, cari ildə də tütün əkini nəzərdə tutulan 8,0 hektar sahədə şitil köçürülməsi işləri başa çatdırılmışdır.
Ümumilikdə, qeyd olunan sahələrlə yanaşı aqrar sektorun digər istiqamətləri üzrə də aparılan işləri  qənaətbəxş hesab etmək olar. Günəbaxan, qarğıdalı, bostan-tərəvəz, yem  bitkiləri, o cümlədən yonca və digər əkin sahələrinin aqrotexniki tələblərə uyğun becərilməsi, əkin sahələrinin növbəli suvarma suyu ilə təmin edilməsi diqqətdə saxlanılır.
Heyvandarlığın inkişafı ilə bağlı, rayonda son illərdə 5 ( Muzdurlar, Balakürd, Nadirkənd, Xınalı və  Veyisli kəndlərində) iri komplekslər yaradılmış, burada ümumilikdə 900 baş yeni ətlik və südlük cins heyvanlar gətirilmişdir. Hazırda komplekslərdə 3 min başa yaxın heyvan saxlanılır. Orta hesabla, gündəlik hər ana maldan  25-30 litr yüksək keyfiyyətli süd alınır. Məhsulun emal müəssisələrinə verilməsi və daxili bazarda satılması ilə bağlı, aidiyyəti üzrə müqavilələr bağlanmışdır.
Rayonda arıçılığın inkişafına da xüsusi diqqət yetirilir. Hazırda arı təsərrüfatlarında 397 fermer 9738 arı ailəsinin bəslənilməsi ilə məşğuldur. Cari məhsul ilində 68 min kq məhsulun əldə olunması gözlənilir.




Tarix: 9-07-2021, 11:27 Oxunub: 169


Bölməyə aid digər xəbərlər