Azərbaycanın bir çox tarixi əhəmiyyətli və zəngin mədəni irsə malik olan rayonları var.Onlardan biri də Azərbaycanın dilbər guşələrindən biri sayılan Goranboy rayonudur.İlk öncə Goranboy rayonun adının hərfi mənasına nəzər yetirsək görərik ki, "Goranboy" sözünün Strabonun 17 kitabdan ibarət "Coğrafiya" əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan "gel", "ger" tayfasının adı ilə bağlanmışdır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə inzibati ərazi bölgüsü və rayonların yaradılması ilə əlaqədar Goranboy kəndi mərkəz olmaqla yaradılmışdır. Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək rayonun keçmiş adı özünə qaytarılmaqla Goranboy rayonu yaradılmışdır. 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsi rayonun ərazisindən keçən Kürəkçay çayının sahilində, 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsi isə rayonun Gülüstan kəndində imzalanmışdır. Azərbaycanda Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km.-dir. Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. Rayon kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və düzənlikdir. Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər-qalası yerləşir. Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal şərqdən Yevlax, cənubi şərqdən Tərtər, cənubi qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimal qərbdən Samux rayonları ilə həmsərhəddir. Goranboy rayonu kənd təsərrüfatı rayonudur. Taxıl əkini 2003-cü ildə 21,3 min hektar olduğu halda, 2006-cı ildə 17,7 min hektara enmişdi. 2007-ci ildə 18,3 min hektar, 2008-ci ildə 20,5 min hektar sahədə taxıl əkilmişdir. Bu il isə 28 min 91 hektar sahədə dənli və dənli-paxlalı bitkilərin məhsulu toplanır. Keçən il 59 min 988 ton taxıl yığılmışdır. Bu əvvəlki illə müqayisədə 13 min 182 ton, 2006-cı ilə nisbətən 19 min 663 ton çoxdur. Son 2 ildə pambıq 2527 tondan 3475 tona, kartof 1572 tondan 20200 tona, üzüm 97 tondan 1014 tona yüksəlmişdir. İri malın sayı 32500-dən 40509-a, xırda heyvanlar isə 195100-dən 221187-yə çatmışdır. Rayonda 145 hektar yeni bağ salınmışdır. Rayonda 40 min 509 baş iri buynuzlu, o cümlədən 26 min 789 baş ana mal, 221 min 187 baş xırda buynuzlu mal-qara vardır. Goranboy rayonu mürəkkəb geoloji quruluşa malik olaraq əhəngdaşı, gips, gil, barıt, tikinti daşı, delomit, qırmızı qum, narın qum, yodlu yeraltı suları kimi faydalı qazıntılar və sərvətlərlə zəngindir. 2008-ci ildə 2591 yeni iş yeri yaradılmışdır. Bundan 1273-ü daimi iş yerləridir. Əhalinin sayına görə bu, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonlar üzrə ikinci yüksək göstəricidir. 2009-cu ilin birinci yarısında isə 300-dək yeni iş yeri yaradılmışdır ki, bunun da 160-ı daimi iş yerləridir. Dövlət Proqramına uyğun olaraq, ötən dövr ərzində sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində aparılan işlər davam etdirilmişdir. Goran ərazisində “Gilan Holdinq”in sutkada 23 min kvadratmetr alçepan buraxan gips karton zavodunun və sutkalıq gücü 1000 ton olan gips zavodunun tikintisi başa çatmışdır. Həmin zavodlarda istehsal olunan inşaat materialları respublikanın regionlarında satışa çıxarılır. Yeni iş yerlərinin yaradılmasında orta sahibkarlığın formalaşması əhəmiyyətli rol oynayan amillərdəndir. Bu təbəqənin inkişafı diqqət mərkəzində saxlanılır.
GORANBOY RAYONUNDA SAHİBKARLIQ FƏALİYYƏTİ
Tarix: 8-07-2021, 13:08
/
Baxış: 630
Digər xəbərlər
Xəbər lenti
14:11
05-12-2025
05-12-2025
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
19:14
04-12-2025
04-12-2025
18:31
04-12-2025
04-12-2025
17:49
04-12-2025
04-12-2025
17:33
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
135
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108
“Balıqçılıqda Sahibkarlıq İnqilabı: Dənizdən Birbaşa Brend Masasına”
04-12-2025 21:18
/
117
“Kənd Tərəvəzindən Premium Qida Satışına: Fermer Sahibkarlığında Dəyişən Trendlər”
04-12-2025 20:43
/
117
“Meyvə Yığımını Təbii Brendə Çevirən Sahibkar Fermerlərin Yeni Bazarı”
04-12-2025 20:33
/
126
“Əkin Biçinindən Brend Məhsula: Sahibkarlığın Kənddən Başlayan Dəyişimi”
04-12-2025 20:16
/
144


































