16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsinin növbəti mərkəzi Şamaxı şəhərində açılıb.
Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri, “Regional İnkişaf” İctimai Birliyi, “Kapital Bank” və “Üçüncü Bahar” İctimai Birliyinin heyəti, Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və “Kapital Bank”ın maliyyə dəstəyi, “Üçüncü Bahar” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.
Bununla yanaşı, pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.
Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar var, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.
Qeyd edək ki, mərkəz barədə ətraflı məlumat almaq üçün 055-680-11-55, 055-516-50-02 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.
Bölməyə aid digər xəbərlər