Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şahbuz və Ordubadda yeni körpülər inşa edilir

Baxış: 339


Şahbuz və Ordubadda yeni körpülər inşa edilir 
Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yeni körpünün inşasına başlanılıb.
"Sahibkartv.az"ın yerli bürosu xəbər verir ki, müasir texnikalardan istifadə edilməklə inşa olunan körpünün uzunluğu 11 metr, eni isə 4 metr olacaq.
Hündürlüyü 5 metr olacaq yeni körpü ilə avtomobillər rahat hərəkət edə biləcəklər. Hazırda körpüdə beton və qəlib işləri görülür. Yeni körpünün istifadəyə verilməsi ilə gediş-gəlişdə yaşanan çətinliyə artıq son qoyulacaq.
Qeyd edək ki, Ordubad rayonunun bir neçə yaşayış məntəqəsində də sakinlərin gediş-gəlişini asanlaşdırmaq və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni körpülər inşa olunur. Belə ki, Ordubad şəhərinin Ambaras məhəlləsində salınan yeni körpünün uzunluğu 12, eni 5, hündürlüyü isə 7 metr olacaq. Hazırda körpülərdə işlər sürətlə davam etdirilir.
Rayonun Düylün kəndində də yeni körpünün inşası davam etdirilir. Körpünün uzunluğu 10, eni 4, hündürlüyü isə 5 metr olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.