Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

Baxış: 369


Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub
Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “Sahibkartv.az”ın yerli bürosuna verilən məlumata görə, 2023-cü ilin ilk rübündə
 internet xidmətlərinə olan tələbatının təmin edilməsi məqsədilə Naxçıvan şəhərində, Culfa və Kəngərli rayonlarında mövcud avtomat telefon stansiyalarının internet tutumu artırılıb ki, nəticə etibarı ilə ümumilikdə 550-dən artıq istifadəçinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb.
İlk üç ayda 487 abonent yeni stasionar telefon xətti ilə, 1 646 abonent isə genişzolaqlı internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network-Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə 38 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Nazirliyin aidiyyəti mütəxəssislərinin iştirakı ilə muxtar respublikanın şəhər, rayon və kəndlərində monitorinqlər aparılıb rabitə xətlərində yaranmış nasazlıqlarla bağlı olaraq yenilənmə işləri görülüb, yeni fiber-optik xətlər çəkilib, yeni paylayıcı şkaflar quraşdırılıb, istismara yararsız rabitə xətləri yeni xətlərlə əvəz edilib, yeni abonent qutuları əlavə edilməklə rabitə xətt təsərrüfatında olan digər nasazlıqlar aradan qaldırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.