Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yaş barama tədarükündə Zərdab və Ağcabədi öndədirlər İyunun 14-dək 428 tondan artıq yaş barama təhvil verilib

Baxış: 317

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda yaş barama tədarükü davam edir. İyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 428,29 ton yaş barama təhvil verilib.

Ən çox yaş barama tədarükü Zərdab (67.163 ton), Ağcabədi (44.891 ton), Balakən (41.301 ton), Zaqatala (34.844 ton), Şəki (23.468 ton), Bərdə (22.358 ton) və Füzuli (19.982 ton) rayonlarında qeydə alınıb.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir. 

Yaş baramanın tədarükü və məntəqələrə təhvil verilməsi davam edir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.