Day, Month 00, Year
00: 00: 00 AM
Turizm xidmətləri üzrə 60 milyon dollar yaxın kəsir yaranıb

2021-ci ilin 1-ci rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110.8 milyon dollar təşkil etmişdir.

SAHIBKARTV.AZ xəbər verir ki, bu, 2021-ci ilin 1-ci rübü üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilir.

Qeyd edilib ki, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84.7 milyon dollar) ixracı (26.1 milyon) üstələməsi nəticəsində 58.6 milyon dollar həcmində kəsir yaranmışdır.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 8.4 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4.4 dəfə azalmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 84.7 mln.$ olmuşdur. Bunun 91.7%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3.2 dəfə azalaraq 1.7 milyon dollar təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 22.9% artaraq 172.5 milyon dollar olmuşdur.


Tarix: 14-06-2021, 13:05 Oxunub: 162


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı