Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Bakı Çinar Soyuducuları” ASC ötən ili 142 min manat zərərlə başa vurub.

Baxış: 345
Bu, 2019-cu illə müqayisədə 27,9 % çoxdur.
Ötən il “Bakı Çinar Soyuducuları”nın əməliyyat gəliri 360,9 min manat (illik müqayisədə 33,3 % çox), sair əməliyyat gəliri 699 min manat (2,3 dəfə çox), o cümlədən istifadə edilmiş material ehtiyyatları 323 min manat (77,5 % çox), işçi heyəti üzrə xərclər 75,7 min manat (40,2 % çox), amortizasiya xərcləri 144 min manat (17,7 % az), sair əməliyyat xərcləri isə 659 min manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Çinar Soyuducuları”nın aktivləri 4 milyon 965 min manat olub ki, bu da, illik müqayisədə 5,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri dəyişməyərək 2 milyon 367 min manat, balans kapitalı isə 10% azalaraq 2 milyon 598 min manata enib.
Xatırladaq ki, “Bakı Çinar Soyuducuları” kommersiya qurumu kimi 1959-cu ildən fəaliyyət göstərən Bakı Soyuducular zavodunun bazasında 2002-ci ildə yaradılıb. Zavodun nizamnamə kapitalı 1,781 milyon manatdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.