Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın 55 şirkətinə dəmiryolla Rusiyaya alma və pomidor tədarükünə icazə verildi

Baxış: 367
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") 15 iyun tarixindən etibarən Azərbaycan müəssisələrindən dəmiryol vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verib.
"Rosselxoznadzor"un yaydığı məlumata görə, "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhmazlı arasında 10-11 iyun tarixlərində aparılan danışıqların nəticələrinə əsasən, iyunun 15-dən etibarən 31 pomidor və 24 alma istehsal edən şirkətlərə məhsul tədarükünə icazə verilib.
Malların daşınması fitosanitar sertifikatları ilə müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçının yalnız bir növ məhsulunun nəqlinə icazə verilir.
Bu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçidi nəzərdə tutulur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.