ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2021-ci ildə Rusiyanın buğda istehsalı proqnozunu 85 milyon tondan 86 milyon tona qaldırıb. SAHİBKARTV.AZ xəbər verir ki, bu, nazirliyin saytında yayımlanan iyun icmalında deyilir.Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, 2021-ci ildə Rusiyada taxıl məhsulu 81 milyon tonu buğda olmaqla ən azı 127,4 milyon ton olacaqdır. 2020-2021-ci illərdə taxıl ixracının 37 milyon tonu buğda daxil olmaqla 48 milyon ton olması gözlənilir.





































