İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatı mayın 29-da nazirliyin Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində istifadəyə verilmiş yeni inzibati binasına köçüb."Aparata kağız daşıyıcıda təqdim etməli olduğunuz sənədləri (müraciətləri) yeni inzibati binaya göndərməyiniz xahiş olunur", - deyə qurum bəyan edib.





































