Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

2021-ci ilin sonunda Dollar/TL məzənnəsinin 9 Türk lirəsinə yaxınlaşacağı gözlənilir

Baxış: 420
Türkiyə Mərkəzi Bankının (TCMB) iyun ayına dair Bazar İştirakçıları Sorğusunda 2021-ci ilin sonu üçün inflyasiya və məzənnə təxminləri daha da yüksəlib.
SAHİBKARTV.AZ xəbər verir ki, cari ilin sonu üçün ABŞ dolları/Türk Lirəsi məzənnəsi ürə proqnoz 8,71 TL-dən 8,95 TL səviyyəsinə yüksəlib. 12 ay sonra üçün məzənnə proqnozu isə əvvəlki sorğuda 8,95 TL ikən, bu sorğuda 9,23 TL olaraq reallaşıb.
Cari il sonu üçün inflyasiya proqnozu əvvəlki sorğuda 13,81% ikən, bu sorğuda 14,46% səviyyəsinə qalxıb. Sorğuda 24 ay sonra üçün inflyasiya proqnozu 9,99%-dən 10,16%-ə yüksəlib.
Ümumi daxili məhsulun 2021-ci ildə artması üzrə proqnoz isə 4,3%-dən 4,9% səviyyəsinə çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.