Avropada havaların dəyişkənliyi, habelə Norveçdən qaz tədarükünün azalması ilə təbii qaz bazarında qiymətlər son üç ilin maksimum həddinə çatıb.Niderlanddakı TTF onlayn satış mərkəzində qazın bu günkü fyüçersləri 6 % artaraq 357 USD/1000 kubmetrdən satılıb ki, bu da 2018-ci ilin mart ayından bu yana ən yüksək rəqəmdir. Həmin vaxt regionda havaların kəskin soyuması nəticəsində TTF-də qaz 969 USD/1000 kubmetrə, Böyük Britaniyanın NBP mərkəzində isə hətta 1 227 USD/1000 kubmetrə çatmışdı.
Bu ilin ötən dövründə TTF-də “ertəsi gün” fyüçersinin orta qiyməti 257 USD/1000 kubmetr təşkil edir.





































