Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Zara"nın sahibi ilk rübdə 421 milyon avro xalis mənfəət əldə edib

Baxış: 246
İspaniyanın geyim istehsalı və satışı sahəsində tanınmış şirkəti "Inditex", 2021-ci ilin birinci rübünü 421 milyon avro məbləğində xalis mənfəət ilə başa vurduğunu açıqlayıb. Bu, pandemiyadan əvvəlki səviyyələrdən üç dəfə aşağıdır.
"Koronavirus pandemiyası ilə əlaqədar şirkətin ABŞ, Fransa, Almaniya, İtaliya, Portuqaliya və Braziliya kimi əsas bazarlarda mağazalarının bağlanması əməliyyatlarına əhəmiyyətli dərəcədə mənfi təsir etməsinə baxmayaraq nəticələr tədricən yaxşılaşmağa işarə edir", - şirkətdən bildirilib.
"Inditex"in 2021-ci ilin yanvarından aprel ayına qədər gəlirləri 4,9 milyard avroya çatıb ki, bu da bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48% çoxdur. Birinci rübdə onlayn satışlar 2020-ci ilə nisbətən artıb.
1 May-6 İyun tarixləri arasında satışlar keçən ilin eyni dövrünə nisbətən iki dəfədən çox və 2019-cu ilin eyni dövrünə nisbətən 5% artıb və bu, mağazaların açılışından sonra tələbin artdığını göstərir. 
"Inditex" şirkəti ispaniyalı Amancio Ortega tərəfindən qurulub. "Inditex" şirkətinin təxminən 100 ölkədə 7 mindən çox mağazası var. "Inditex'"in ən məşhur markaları "Zara"  və "Bershka"dır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.