Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda nağdsız ödənişlərin həcmi 50%-dən çox artıb

Baxış: 407
2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycanda 2 milyard 734 min manatlıq nağdsız ödənişlər həyata keçirilib.
 Mərkəzi Bank xəbər verir ki, bu nağdsız ödənişlərin 158 milyon manatı ATM-lər, 1 milyard 124 milyon manatı POS-terminallar, 1 milyard 452 milyon manatı elektron ticarət vasitəsilə aparılıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk 4 ayında cəmi nağdsız ödənişlər 1 milyard 783 milyon manat təşkil etmişdi. Beləliklə, ötən ilin ilk 4 ayı ilə müqayisədə 2021-ci ilin ilk 4 ayında nağdsız ödənişlər 951 milyon manat və ya 53,3% artıb.
2021-ci ilin aprel ayında nağdsız ödənişlərin cəmi məbləği 733 milyon manat təşkil edib. Nağdsız ödənişlərin 42 milyon manatı ATM-lər, 311 milyon manatı POS-terminallar, 380 milyon manatı elektron ticarət vasitəsilə həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.