Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Signify”ın işıqlandırma sistemləri SOCAR-ın müəssisələrində tətbiq edilə bilər

Baxış: 409
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkət rəhbərliyinin digər nümayəndələrini qəbul edib.
SOCAR-dan verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Davos iqtisadi forumunda görüşündən sonra iqtisadi və enerji dayanıqlığının Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, bu sahəyə aid texnologiyalarını təklif etmək üçün Bakıya səfər etdiyini bildirən E.Rondolat “Signify” şirkətinin yeni işıqlandırma texnologiyaları sahəsində ixtisaslaşdığını, şirkətin LED texnologiyasına əsaslanan işıqlandırma sistemlərinin daha dayanıqlı və qənaətli olduğunu, daha effektiv idarə olunduğunu vurğulayıb.
Görüşdə “Signify” şirkətinin təklif etdiyi işıqlandırma sistemlərinin SOCAR-ın emal zavodlarında və digər müəssisələrində tətbiqi imkanlarını araşdırmaq və səmərəliliyini müəyyən etmək üçün aidiyyəti sahələr üzrə məsul şəxslərlə danışıqların davam etdirilməsi təklif olunub.
Qeyd edək ki, əvvəlki adı “Philips Lighting” olan “Signify” şirkəti şəhərlərin işıqlandırılması sahəsində dünyanın aparıcı şirkətlərindən sayılır. Şirkətin tətbiq etdiyi LED texnologiyası ilə elektrik enerjisinə qənaət etmək mümkündür. “Signify” artıq 20 ildir ki, həm də kənd təsərrüfatı məhsullarının işıqlandırma texnologiyaları ilə məşğuldur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.