Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hesablama Palatası ötən ilin büdcə xərclərinə rəy verib

Baxış: 305
2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsi və illik hesabat hazırdır.
Bu barədə SAHIBKAR.TV Hesablama Palatasına istinadən xəbər verir.
Hesablama Palatasının Kollegiya iclasında həmin sənəd müzakirə edilib.
İclasda Hesablama Palatasının həmin hesabata verdiyi rəy barədə müzakirələr aparılıb.
2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılıb. Nəticə və tövsiyyələr verilib.
Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.