Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan iqtisadiyyatı "qızır" - ARTIMA KEÇMƏYƏ CÜZİ QALIB

2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. Azərbaycan iqtisadiyyatı 2021-ci ilin ilk 3 ayında 1,3% geriləmişdi.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,1 faiz artmışdır.
ÜDM istehsalının 41,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olmuşdur.


Tarix: 16-05-2021, 11:31 Oxunub: 349


Bölməyə aid digər xəbərlər