Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Ukraynaya neft ixrac edən yeganə ölkədir

Baxış: 311
Bu ilin yanvar – aprel ayları ərzində Ukrayna 142,6 milyon ABŞ dolları məbləğində 377,38 min ton neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,2 % azdır. Dəyər baxımından isə il ərzində 18,4 % azalma qeydə alınıb.
Ukrayna Dövlət Gömrük Xidmətinin bu barədəki açıqlamasına görə hesabat dövründə idxal edilən neftin hamısı Azərbaycandan tədarük olunub.
Yanvar – aprel aylarında Ukrayna 27,13 milyon ABŞ dolları dəyərində 89,96 min ton nefti Rumıniyaya ixrac edib ki, bu da “Ukrtransnafta” dövlət şirkətinin mart ayında Azərbaycandan alaraq “Trafigura” beynəlxalq ticarət və logistika şirkətinə satdığı neftin həcminə həmahəngdir.
Güman edilir ki, “Trafigura” həmin Azərbaycan neftini Rumıniyaya satıb.
Ötən ilin yanvar-aprel aylarında Ukrayna neft ixracı həyata keçirməyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.