Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bitcoin hesabına rekord mənfəət - 24 dəfə artım!

Baxış: 487
ABŞ-ın ən iri kriptovalyuta birjası Coinbase cari ilin biri nci rübünə dair nəticələri açıqlayıb.
Ötən ilin müvafiq dövründə 191 milyon dollar, 2020-ci ilin son rübündə isə 585 milyon dollar gəlir əldə edən şirkət gəlirlərini kifayət qədər artıraraq, 1,80 milyard dollara çatdırıb.  Xalis mənfəət (771 milyon dollar) isə rekord göstəriciyə çatıb - əvvəlki rüblə müqayisədə dörd dəfə, son bir ilə nisbətən isə 24 dəfə artıb.
Əsas kriptovalyutalardan olan Bitcoin və Etherin fantastik həddə bahalaşması Coinbase-i hərtərəfli qazanclı çıxarıb. Coinbase gəlirinin təxminən 94%-ni kriptovalyuta ticarəti və tranzaksiyalardan əldə edib. Təsdiqlənmiş istifadəçi sayı 56 miyon olan birjada ticarət edənlərin sayı durmadan artır və təkcə son rübdə 2,8 milyon nəfərdən 6,1 milyona yüksəlib.
Şirkət bir neçə həftədən sonra zarafatla yaradılmış kriptovalyuta - Dogecoinin də ticarətinə başlayacağını bildirib.
Xatırladaq ki, ötən ay Nasdaq birjasında birbaşa linstinqə çıxan Coinbase 100 milyard dollarlıq bazar dəyərini keçmişdi. Bu isə General Motors (81 milyard dollar), Gazprom (75 milyard dollar) və Lukoyl (56 milyard dollar) kimi köklü şirkətlərin bazar dəyərindən çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.