11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
15:45 / 17-01-2025
15:30 / 17-01-2025
15:00 / 17-01-2025
Çinin transmilli texnologiya şirkəti və ən böyük B2B platformasının sahibi, dünyanın ən dəyərli 10 şirkətindən biri və altıncı ən bahalı brend olan Alibaba Group 2021-ci ilin mart ayında bitən rüb və fiskal ilin nəticələrini açıqlayıb.
Rüb ərzində gəlirlər 64% artaraq, 187,4 milyard yuan (28,6 milyard dollar) təşkil edib. Çin pərakəndə ticarət platformasındakı aktiv istifadəçilərin sayı 32 milyon nəfər artaraq, 811 milyon nəfərə çatıb. Mobil aktiv istifadəçilərin sayı 23 milyon nəfər artaraq, 925 milyona yüksəlib. Şirkət tarixində ilk dəfə əməliyyatlardan mənfəət əldə etməyərək, rübü 7,66 milyard yuan (1,17 milyard dollar) zərərlə başa vurub.
Alibaba-nın baş direktoru Daniel Zhang bu göstəricini Çin hökuməti tərəfindən antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilən 2,8 milyard dollar həcmində cərimə ilə əsaslandırıb. Xalis zərər 5,48 milyard yuana (836 milyon dollara) bərabər olub. Zhang cərimənin tətbiq edilmədiyi halda, əməliyyat mənfəətinin 48% artaraq, 10,56 milyard yuan (1,64 milyard dollar) təşkil etməli olduğunu bildirib. Araşdırma şirkəti Refinitiv 6,95 milyard yuan (1,07 milyard dollar) xalis mənfəət proqnozlaşdırırdı.
Alibaba həmçinin, 2021-ci ilin martında bitən fiskal ilin də nəticələrini açıqlayıb. İllik gəlirlər 41% artaraq, 717 milyard yuan (109,4 milyard dollar) təşkil edib. Əməliyyat mənfəəti ilik ifadədə 2% azalaraq, 89,6 milyard yuanda (13,68 milyard dollar) qərarlaşıb. Xalis mənfəət 143,28 milyard yuan (21,9 milyard dollar) olub. Alibaba 2022-ci fiskal ilində 930 milyard yuan (144 milyard dollar) gəlir əldə etməyi hədəfləyir.
Bölməyə aid digər xəbərlər