İtaliya Rəqabət və Ticarətə Təminat Qurumu (AGCM) bazarda üstün mövqeyindən sui-istifadə etdiyinə görə “Google” şirkətinin bölmələrinə qarşı cərimə tətbiq edib.Qurumun açıqlamasına görə, “Alphabet İnc.”, “Google LLC”, “Google İtaly S.r.I.” şirkətləri Avropa İttifaqının fəaliyyətinə dair sazişinin 102-ci maddəsinin tələblərini pozduqları üçün 102.084.433,91 avro məbləğində cərimə olunur. Bu cərimənin “Google Play” rəqəmli satış portalına elektromobillər üçün doldurma məntəqələrinin axtarış tətbiqi yeklənməməsinə görə tətbiq olunduğu bildirilir.





































