Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ən iri yapon bankından rekord mənfəət - 45 MİLYARD DOLLAR

Baxış: 445
Yaponiyanın iri transmilli maliyyə korporasiyası, Toyotadan sonra Yaponiyanın ən dəyərli ikinci şirkəti olan SoftBank 2021-ci ilin martında bitən fiskal ilin nəticələrinə dair göstəriciləri dərc edib.
Bank xəbər verir ki, ümumi gəlirlər 7% artaraq, 5,2 trilyon yenə çatıb. Əməliyyat mənfəəti 970 milyard yen (6% artım), xalis mənfəət isə 4% artaraq 491 milyard yen (45 milyard dollar) təşkil edib. Bu göstərici ilə Yaponiyanın indiyə qədər ən böyük illik mənfəət gətirən şirkəti adını qazanıb. Həmçinin, 2020-ci ilin nəticələrinə əsasən, 57 milyard dollarla Apple və 49 milyard dollarla Saudi Aramco-dan qlobal miqyasda ən çox mənfəət əldə edən üçüncü nəhəng olub.
SoftBank 40 illik tarixə malik nəhəng yapon maliyyə korporasiyasıdır və texnoloji sahələrə ən çox investisiya yatıran şirkətlərdən biridir. Bank 100 milyard dollarlıq kapitalla dünyanın ən iri texnoloji vençur investisiya fondu olan Vision Fund-un sahibidir. SoftBank bir sıra mühüm texnoloji şirkətlərdə, o cümlədənYahoo Japan (50%), Alibaba Group (29%), Uber (15%), Didi Chuxing (20%), T-Mobile (24%), Çinin “Facebooku” Renren (43%) və başqalarında iri paylara sahibdir.
Bankın əsas investorlarından olduğu Çinin ən böyük taksi xidməti Didi, Sinqapur və Şərqi Asiyanın ən iri kuryer xidməti Grab-ın, Koreyanın elektron ticarət nəhəngi Coupang-ın və ABŞ-ın bir nömrəli qida və ərzaq çatdırılma şirkəti DoorDash-ın il ərzində əldə etdiyi nəticələr də ümumi gəlirlərə kifayət qədər müsbət təsir göstərib. Baş direktor Masayoşi Son 2021-2022-ci maliyyə ilində gəlirləri daha da artıraraq 5,5 trilyon yenə, xalis mənfəəti isə 500 milyard yenə çatdırmağı hədəflədiklərini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.