Day, Month 00, Year
00: 00: 00 AM
Neft bazarları OPEC-in hesabatına fokuslanıb

Neft, sərmayəçilərin ABŞ-ın ən böyük boru xəttinin bağlanması ilə əlaqədar yaranmış vəiyyəti izləməsi və OPEC-in yeni qlobal tələb - təklif hesabatının açıqlanmasına fokuslanmasıyla düşüb.
ABŞ-ın şərq bölgəsinə xidmət edən Colonial Pipeline şirkəti, kiber hücumdan sonra, nəql xidmətlərinin bu həftənin sonunda böyük nisbətdə düzələcəyini açıqlayıb. Bu məlumat neft qiymətlərini dəstəkləsə də, hesabatda tələb ilə bağlı elə də yaxşı olmayacağı gözlənilən məlumatlar neft qiymətlərinin düşməsinə səbəb olur.
ABŞ-ın şərq hissəsində bəzi yanacaqdoldurma məntəqələrinin yanacağı nəqlin kəsilməsilə tükənmə nöqtəsinə gəlib. Şimal Karolina fövqəladə vəziyyət elan edib.
Neft bazarı, epidemiyadan xilas olan və hələ epidemiyanın pəncəsində olan ölkələr arasında qalmış vəziyyətdədir.
OPEC-in bazardakı tələb və təklif ilə əlaqədar hesabatı Çərşənbə axşamı günü günortaya doğru Viyanada açıqlanacaq. ABŞ Enerji İnformasiya İdarəsi də çərşənbə axşamı günü Qısamüddətli Enerji Proqnozları hesabatını yayacaq.
Brent neft, London ICE Futures Europe birjasında, 0,3% geriləyərək bareli 68,11 dollara düşüb.


Tarix: 11-05-2021, 09:38 Oxunub: 193


Bölməyə aid digər xəbərlər