17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Azərbaycan Britaniya Kollecinin (ABC) təşkilatçılığı ilə mövcud karantin şəraiti nəzərə alınaraq, onlayn bilik sərgisi təşkil olunub.
bu il ilk dəfə olaraq internetin sərhədsiz imkanlarından faydalanaraq Azərbaycanda orta məktəb şagirdlərinin elmi layihə olimpiadası beynəlxalq səviyyədə həyata keçirilib.
Layihəyə qardaş Türkiyədən həm şagird, həm də münsif heyəti cəlb olunub. Sərgidə yerli Avropa Azərbaycan Məktəbi, “Baku Modern School”, “Oxbridge Academy”, “Hədəf” liseyi ilə yanaşı Türkiyənin İzmir Anadolu Məktəbi və Ege Universitetinin Buca Science and Art Center iştirak edib. Şagirdlərin elmi layihələri dörd kateqoriya üzrə nümayiş olunub. Alternativ enerji, Ətraf mühit, Mühəndislik və Sağlamlıq kateqoyaları üzrə yüzlərlə şagirdin ərsəyə gətirdiyi layihələr münsiflər heyəti tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Hər bir layihə 4 münsif tərəfindən qiymətləndirildikdən sonra 1, 2, və 3-cü yerlər uğrunda bilik yarışına çıxdılar.
Tədbirin sonunda qalib gəlmiş layihə iştirakçılarına, onların elmi rəhbərlərinə və münsiflər heyətinə müxtəlif dərəcəli sertifikatlar təqdim olunub.
Qeyd edək ki, qalib gəlmiş layihələrin müəllifləri ölkəmizi beynəlxalq elmi layihə olimpiadalarında təmsil etmək hüququ əldə ediblər.
ABC 2012-ci ildən fəaliyyətə başlayıb, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 635 şagirdə xidmət göstərməkdədir. ABC-də İngiltərə Milli Kurrikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənnləri də kurrikuluma daxil edilmişdir. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.
Bölməyə aid digər xəbərlər