Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“AccessBank”da yeni təyinat

Baxış: 662
Tural Feyzullayev Hüquq və Komplayens departamentinin rəhbəri təyin olunub 
Bu gündən etibarən Tural Feyzullayev “AccessBankda” Hüquq və Komplayens departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır.
Bankdan daxil olmuş məlumatda bildirilir ki, Feyzullayev hüquq karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək müxtəlif vəzifələrdə işləyib. “AccessBank”da fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluz Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb.
12.11.2018-ci il tarixində Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan, ingilis və fransız dillərini bilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.