Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazaxıstan və Azərbaycan “ağıllı şəhər” layihəsi üzrə saziş imzaladı

Baxış: 386
İkitərəfli investisiya, innovasiya və texnoloji əməkdaşlığın möhkəmləndirilməsi işləri çərçivəsində Qazaxıstanın Bakıdakı səfirliyində Qazaxıstanın “Smart City Azerbaijan» rəqəmsal şirkəti, Azərbaycanın “Caspian Service” tikinti şirkəti və “Caspian Energy Club” regional biznes təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qazaxıstanın Bakıdakı səfirliyi sənəddə Qazaxıstan və Azərbaycan ərazisində reallaşdırılan “ağıllı şəhər” (“smart city”) və “ağıllı kənd” (“smart village”) konsepsiyası çərçivəsində layihələrin həyata keçirilməsi zamanı tərəflərin birgə qarşılıqlı əməkdaşlığı və birgə iştirakı nəzərdə tutulub.
Sazişi “Smart City Azerbaijan” baş direktoru Kuanış Kalijanov, “Caspian Service” direktorlar şurasının sədri Rəhim Sultanov və “Caspian Energy Club” idarə heyətinin sədri Telman Əliyev imzalayıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.