Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“İnvest-AZ”ın xalis mənfəəti 2 dəfə artıb

Baxış: 366
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2020-ci ili 1 milyon 135 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 556 min manat xalis mənfəət ilə bağalmışdı. Beləliklə, ötən il “İnvest-AZ”ın xalis mənfəəti 2 dəfədən çox artıb.
SAHİBKARTV.AZ Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi gəlirləri218 min manat artaraq3 milyon 948 min manat təşkil edib. Şirkət 2019-cu ildə 3 milyon 730 min manat cəmi gəlirlər əldə etmişdi.
Şirkətin marja ticarətindən (forex) xalis gəlirləri 2,5 dəfə artaraq 3 milyon 373 min manat təşkil edib. "İnvest-AZ" 2019-cu ildə marja ticarətindən 1 milyon 360 min manat gəlir əldə etmişdi. Şirkətin cəmi gəlirlərinin 85%-ni marja ticarətindən gəlirlər təşkil edib.
2019-cu illə müqayisədə 2020-ci ildə “İnvest-AZ İnvestisiya Şirkəti”nin haqq və komissiya xərcləri2,5 dəfə və ya 670 min manat azalaraq 461 min manata geriləyib. Həm gəlirlərin artması, həm də xərclərin azalması xalis mənfəətin daha yüksək olmasını təmin edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.