Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strategiyası hazırlanacaq

Baxış: 407
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
Bu barədə  Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
İclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri və üzvləri iştirak ediblər.
Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiq edilib.
İclasda Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvləri Cəmiyyətin 2020-ci ildəki fəaliyyətini əks etdirən maliyyə hesabatlarını müvafiq olaraq auditi həyata keçirmiş beynəlxalq audit şirkətinin nümayəndələri ilə birgə müzakirə ediblər.
Bununla yanaşı, iclas zamanı Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikası ilə bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdimat həyata keçirilib və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib.
İclasda fəaliyyət diaqnostikasının nəticələri nəzərə alınmaqla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni çağırışlara cavab verən fəaliyyət strategiyasının hazırlanması istiqamətində də müvafiq tapşırıqlar verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.