Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kandis Makdeyqan: AİB - Naxçıvan əməkdaşlığının geniş perspektivləri var

Baxış: 410
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb.
Bu barədə  muxtar respublikanın Ali Məclisinin mətbuat xidməti xəbər verir.
Qeyd edilir ki, Ali Məclisin sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb. V.Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırladıb. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən V.Talıbov təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd edib.
Ali Məclisin sədri qonağın Naxçıvana səfərindən məmnunluğunu bildirib.
Asiya İnkişaf Bankının ölkə üzrə direktoru xanım Kandis Makdeyqan Ali Məclisin sədrinə səmimi qəbula görə minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikasına ilk səfərinin layihələrlə tanışlıq məqsədi daşıdığını qeyd edən qonaq əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.