18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və birgə əməkdaşlıq davam etdirilir.
Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.
Məlumata görə, növbəti belə bir görüş "Azərbaycan qida və içki sənayeçiləri assosiasiyasi" İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə qida istehsalı və idxalı, habelə ictimai iaşə sahəsi üzrə pandemiyanın təsiri, mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə edilib. Görüş iştirakçılarına “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması çərçivəsində vergi ödəyicilərinin gəlir və xərclərin düzgün rəsmiləşdirilməsi məqsədilə görülmüş və görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, bu sahədə vergi nəzarəti tədbirləri ilə yanaşı, maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Görüş zamanı assosiasiya üzvlərinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.
Bölməyə aid digər xəbərlər