Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar

Baxış: 415
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
"Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.
SAHIBKARTV qanun layihəsinə istinadən xəbər verir ki, Azad Zona rezidenti anlayışı təkmilləşdirilir. Belə ki, Azad Zona rezidenti - Azad Zona səlahiyyətli qurumu tərəfindən müəyyən edilən hallar istisna olmaqla, Azad Zonada sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və orada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxsdir.
Dəyişikliyə görə, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Bu qurumlar və şəxslər əsas iqtisadiyyatın vergi ödəyiciləri ilə apardıqları əməliyyatlar üzrə onlara aparılan ödənişlərə görə ödəmə mənbəyində vergi tutmurlar. Bu Qanunun məqsədləri üçün Azad Zonada fəaliyyət göstərən subyektlərə bu Qanunla nəzərdə tutulan vergi güzəştləri yalnız Azad Zonada fəaliyyət göstərən, burada yeni dəyər yaradan, habelə ixracyönümlü istehsal fəaliyyətini həyata keçirən şəxslərə şamil edilir.
Azad Zona rezidentlərinin, habelə Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumu tərəfindən qəbul edilən daxili qaydalarla tənzimlənir.
Qanuna edilən əlavəyə görə, Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə əsas iqtisadiyyata aid olan şəxslər tərəfindən maliyyə bazarlarında xidmətlər göstərildikdə, belə xidmətlər üzrə əsas iqtisadiyyata aid olan şəxslərə Azad Zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. 
Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə görə gömrük rəsmiləşdirilməsi müqabilində ödənilən yığımlardan başqa heç bir ödənişlər, o cümlədən vergilər tətbiq edilmir.
Mallar, nəqliyyat vasitələri, işlər və xidmətlər Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, belə mallara, nəqliyyat vasitələrinə, işlərə və  xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
Digər bir dəyişikliyə görə, xarici məhkəmə, tribunal, digər məhkəmə orqanları və ya arbitraj tərəfindən Azad Zonanın ərazisində fəaliyyətdən irəli gələn mübahisə ilə bağlı qəbul edilmiş qərarların icrası Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.