Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıdan Həştərxana xüsusi reyslər açılır

Baxış: 325
Bakıdan Həştərxana  xüsusi reyslər açılır  - QİYMƏT
Aşağıbüdcəli aviadaşıyıcı "Buta Airways" iyunun 3-dən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayır.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindan verilən məlumata görə, uçuşlar həftədə bir dəfə - həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrətəklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyatopsiyaları daxildir.
Qeyd edilən reyslərəbiletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuşagentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərəhəm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ciTerminalındaxidmət göstəriləcəkdir.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.