Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlk rübdə Dövlət Neft Fondunun qızıla investisiyası dəyişməyib

Baxış: 342
İlk rübdə Dövlət Neft Fondunun qızıla investisiyası dəyişməyib
2021-ci ilin ilk rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın miqdarı dəyişməyib.
Ötən ilin sonunda 101,8 ton olan qızıl 01 Aprel 2021-ci il tarixində də 101,8 ton təşkil edib. 
Qızılın portfeldəki xüsusi çəkisi isə 14,2%-dən 12,9%-ə düşüb. Bu, dünya bazarında qızılın qiymətinin bir qədər geriləməsilə bağlıdır.
İstiqrazlar və bul bazarı alətlərinin payı 63,8%-dən 64%-ə, səhmlərin payı 15,9%-dən 17%-ə yüksəlib, daşınmaz əmlakın payı isə 6,1%-də qalıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.