14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
“Azsığorta”ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub.
Şirkətin yaydığı məlumata görə, Qoşqar Şəkərəliyev və Elbrus Fərzəliyev İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.
Qoşqar ŞəkərəliyevAzərbaycan Dövlət İqtisad Universitetində maliyyə kredit fakültəsi üzrə bakalavr və magistr pilləsini fərqlənmə ilə bitirib. O, daha sonra ikinci ali təhsil olaraq T.Şevçenko adına Kiyev Milli Universitetinin hüquq fakültəsini bitirib. Q.Şəkərəliyev İqtisad üzrə fəlsəfə doktorudur.
2002-ci ildən bir neçə sığorta şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həmçinin, Azərbaycan Resdpublikasının Kənd Təsərrüfatı Nazirliyində çalışaraq “Aqrar Sığorta” layihəsinın hazırlanmasında iştirak etmişdir. Q.Şəkərəliyev 2017-ci ildən “Azsığorta”da çalışır.
Elbrus Fərzəliyev Naxçıvan Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını bitirib.
İlk iş fəaliyyətinə Naxçıvan MR, Maliyyə və İqtisadiyyat Nazirliyində başlamışdır. Uzun müddət Naxçıvan MR, Nazirlər Kabinetində dövlət qulluğunun müşaviri olaraq müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən “Azsığorta”daçalışır.
Xatırladaq ki, AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev, şirkətin İdarə Heyətinin sədri isə Yusif Soltanovdur.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.
Bölməyə aid digər xəbərlər