22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Pandemiya səbəbindən sərnişindaşıma 91% azalıb
Böyük Britaniyanın ən iri, beynəlxalq tranzit sərnişin daşımalarına görə dünyanın ikinci və sərnişin sıxlığına görə Avropanın üçüncü ən böyük hava limanı olan Heathrow aeroportu hələ də koronavirus pandemiyasından ən çox ziyan çəkənlərdən biridir.
Bugünkü açıqlamada aeroport rəsmiləri 2021-ci ilin birinci rübünü 329 milyon funt-sterlinq (459 milyon dollar) zərərlə başa vurduqlarını bildiriblər. Pandemiya başlayandan bəri aeroportun itkiləri 2,4 milyon funta (3,4 milyard dollara) çatıb.
Cari ilin ilk rübündə aeroport vasitəsilə cəmi 1,7 milyon sərnişin səyahət edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 91% azalma deməkdir. Əvvəlki illərdə proqnozlaşdırılan illik 81 milyon sərnişin dövriyyəsi ilə müqayisədə bu il ənyaxşı halda 13-36 milyon nəfərin hava limanının xidmətlərindən istifadə edəcəyi gözlənilir.
Britaniya aviasiya sənayesi ümumilikdə qlobal peyvənd proqramı və iqtisadi sahələrin bərpası ilə əlaqədar mayın sonundan başlayaraq səyahətlərin də canlanacağına ümid edir. Lakin bir çox ölkədə turizm mövsümünün nə vaxt açılacağı barədə qeyri-müəyyənlik və rəqəmsal vaksin pasportu mexanizminin işləmə mexanizminin tam aydın olmaması rahatlaşmağa imkan vermir.
Heathrow rəsmiləri aeroportun məruz qaldığı zərərin bir hissəsini qarşılamaq üçün aviaşirkətlərə hər sərnişinə görə əlavə 30 pens xidmət haqqı tətbiq etməyi planlaşdırır.Şirkət həmçinin aralarında İspaniyanın transmilli nəqliyyat şirkəti olan Ferrovial-ın (25%), Qətər dövlətinin suveren rifah fondu Qatar Holding-in (20%), Sinqapur Dövlət İnvestisiya Korporasiyasının (11,20%), Çin İnvestisiya Korporasiyasının (10%) və başqalarının olduğu səhmdarların tələblərini yerinə yetirmək üçün əlavə 2,6 milyard funt vəsait cəlb etmək istəyir. Lakin Britaniya Mülki Aviasiya Qurumu “bu prosesin müştərilərin maraqlarına xidmət etmədiyini” əsas gətirərək, cəmi 300 milyon funt-sterlinq cəlb etməyə icazə verib.
Bölməyə aid digər xəbərlər