17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Aktivlərinin həcminə (2,96 trilyon dollar) və maliyyə əməliyyatlarına görə Böyük Britaniyanın və Avropanın ən iri bankı olan HSBC cari ilin birinci rübünün nəticələrini açıqlayıb.
Gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün qlobal biznes sahələrində faiz dərəcəsinin azalması səbəbindən 5% aşağı düşərək, 13 milyard dollar təşkil etsə də, digər maliyyə göstəricilərində kifayət qədər yüksək artım qeydə alınıb.
Vergi öhdəliklərindən öncəki mənfəət 79% artaraq, 5,8 milyard dollara çatıb və analitiklərin proqnozlaşdırdığı 3,3 milyard dollarlıq göstəricini xeyli üstələyib. Düzəliş edilmiş mənfəət 109% artaraq, 6,4 milyard dollar, vergi və digər öhdəlikləri yerinə yetirdikdən sonra qalan xalis mənfəət 82% yüksələrək 4,6 milyard dollar təşkil edib. Bankın fəaliyyət göstərdiyi bütün regionlar birinci rübü mənfəətlə başa vurub, xüsusən Böyük Britaniyada vergidən öncəki mənfəət 1 milyard dolları keçib (ötən il bu rəqəm cəmi 369 milyon dollar təşkil edib).
Əməliyyat xərcləri yüksək dərəcədə restrukturizasiya və transfer proqramları səbəbindən, o cümlədən texnologiyalara iri həcmli investisiyalar yatırıldığına görə 9% artıb. Ötən ilin birinci rübündə problemli kreditlərlə bağlı itkilərin qarşılanması üçün 3 milyard dollar ehtiyat vəsait ayrılmışdısa, bu ilin müvafiq dövründə HSBC həmin vəsaitlərə kifayət qədər qənaət edə bilib və cəmi 400 milyon dollar ayırıb. Bank hazırda ABŞ və Avropada qeyri-səmərəli şirkətlərlə əlaqədar 100 milyard dollarlıq riskli aktivlərini Asiya bazarına doğru paylaşdırmaq və 35 min iş yerini ixtisara salmaq proqramının icrasına başlayıb.
“Baxmayaraq ki, qeyri-müəyyənlik hələ qalmaqdadır, iqtisadi perspektivlər yaxşılaşır” - baş icraçı direktor Noel Quinn bildirib. “Biz ikinci rübdə də yaxşı dinamikanı saxlayaraq, kapital, maliyyələşmə, likvidlik və keditlərlə bağlı mühafizəkar siyasətimizi davam etdirəcəyik”. Bankın səhmləri bugün Honkonq birjasında 2,8% yüksəlib.
Bölməyə aid digər xəbərlər