Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan sahibkarları milyonluq müqavilələr imzalayıb

Baxış: 298
Azərbaycan məhsullarının ixracına dair yeni müqavilələr imzalanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata əsasən, bu ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib və xarici tərəfdaşlarla məhsuldar danışıqlar aparıblar.
Sərgidə əldə olunan ilkin razılıqlar nəticəsində Azərbaycan istehsalı məhsulların ixracına dair 1,2 milyon ABŞ dolları dəyərində müqavilələr bağlanıb.
Qeyd edək ki, Azərbaycan bu il “Gulfood 2021” beynəlxalq sərgisində 5-ci dəfə təmsil olunub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.