Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft ixrac edən ölkələr üçün çətin dövr başlamaq üzrədir

Baxış: 289
"Yaxın gələcəkdə neft ixrac edən ölkələr böyük gəlirlər götürən dövlətlərdən, ixrac etdikləri neftə görə vergiödəyən dövlətlərə çevriləcəklər. Beləliklə, qarşıda təkcə neftə təlabatın azalması və ya qiymətlərin ucuzlaşması deyil, həm də iqlim dəyişikliyi paradiqması fonunda, ciddi ekoloji vergilərin tətbiqi gözlənilir. Bu isə neft gəlirlərinin kifayət qədər azalması deməkdir”.
AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl bildirib. Onun sözlərinə görə, bu istiqamətdə ilk addım olaraq, ABŞ tərəfindən NOPEC aktının hazırlanmasını göstərmək olar:
“Yəni OPEK üzvlərinin kartel sövdələşməsinə qarşı Qərb dövlətlərinin sanksiyalar tətbiq etməsinin hüquqi əsası hazırlanmaqdadır.
Nyu York şəhərinin BP, ExxonMobil və Shell şirkətlərini ekoloji tarazlığı pozmaqda günahlandırıb məhkəməyə verməsi faktı da, ciddi bir presedentin başlanması deməkdir. Eləcə də, AB tərəfindən ekoloji normalara əməl etməyən ölkələrdən idxal edilən istənilən növ məhsulların əlavə vergiyə cəlb edilməsinə hazırlıq gedir.
Bütün bunlar göstərir ki, planetin enerji balansında və iqtisadiyyatında gözlənilən qlobal dəyişikliklərin ilk zərbəsi, neft hasilatçılarına, xüsusilə də neftə əsaslanan monoekonomikalara dəyəcək. Səudiyyə Ərəbistanı, Qətər kimi zəngin dövlətlər ABŞ, Kanada, Norveçə qoşularaq yeni neft platformasına, yəni, tullantıların sıfır səviyyəsini nəzərdə tutan razılaşmaya qoşulurlar.
Bu sadalanan dəyişikliklər Azərbaycanın onsuz da ciddi şəkildə azalan neft gəlirlərinə sarsıdıcı zərbə vuracaq…”


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.