16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
Mis qiymətləri tələbin artmasıvə zəifləyən dolların təsirilə 10 ilin ən yüksək səviyyəsinə qalxıb
Mis qiymətləri, qlobal iqtisadi yığışma sürətləndikcə tələbin artması və ən böyük istehsalçılardan biri olan Çilidəki tətil olacağına dair narahatlıqlar ilə yüksəlməkdədir.
Dəmir filizindən alüminiuma qədər bütün sənaye metalları bahalaşır. Koronavirusa qarşı peyvəndləmədən sonra iqtisadiyyatlarda artım gözləntiləri, böyük iqtisadiyyatlarda uzun illərdir davam edən aşağı inflyasiya trendinin sona çatdığı barədə proqnozlar və dolların ucuzlaşması mis qiymətlərini dəstəkləyir.
Misin yaşıl enerjiyə keçiddə də əhəmiyyətli bir rol alacağı gözləntisi, bu "rallinin" uzunmüddətli ola biləcəyini göstərir.
Goldman Sachs və Trafigura Group, 2011-ci ildə görülən 10 min 190 dollarlıq rekord səviyyənin artan tələblə qırıla biləcəyini nəzərdə tuturlar.
London Metal Birjasında misin qiyməti 1% də artaraq tonu 9 min 650 dollardan ticarət olunub.
Ən böyük metal istehlakçısı Çində ilk rübdə ixracın dəstəyilə görülən toparlanma və rekord iqtisadi artımdan sonrakı göstəricilər, Aprel ayında da yaxşıya gedişin davam etdiyinə işarə edir. Bu həftə açıqlanacaq bir məlumat, ABŞ iqtisadiyyatında yığışmanın davam etdiyini göstərə bilər. Yenə bu həftə Fed-in faiz qərarı gözələnilir. Fed rəsmiləri, koronavirus ilə əlaqədar dəstəklərini ləğv etmək mövzusunda tələsməyəcəkləri barədə ifadəni təkrarlaya bilərlər.
Bölməyə aid digər xəbərlər