18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
“Kredit Təşkilatı fəaliyyətə başladığı dövrdən bütün illəri mənfəətlə başa vurmuş və büdcə qarşısında öhdəliklərini yerinə yetirmişdir”.
Bunu“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı İdarə Heyətinin sədri Məmməd Musayev bildirib.
Sədr qeyd edib ki, hazırda “Aqrarkredit” QSC də ölkənin bank sisteminə daxildir və fəaliyyətə başladığı dövrdən 2021-ci ilin birinci rübünün sonunadək ümumilikdə 36 mindən artıq biznes layihəsi üzrə 400 milyon manatdan artıq kredit xidməti göstərmişdir. 1 aprel 2021-ci il tarixinə “Aqrarkredit” QSC-nin kredit portfelinin qalığı 89,5 milyon manat təşkil edir.
1 yanvar 2021-ci il tarixinə respublika üzrə ümumi kredit qoyuluşunda “Aqrarkredit” QSC-nin bazar payı 0.65 faizdir. Ölkənin qeyri-bank kredit təşkilatları arasında isə onun bazar payı 25.0 faiz təşkil etməklə aparıcı bank olmayan kredit təşkilatıdır.
Kredit Təşkilatının maliyyə-kredit xidməti bazarı əsasən kənd əraziləridir. Ölkəmizin bütün regionlarında yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər sahibkarlıq fəaliyyəti üçün bu kredit xidmətindən istifadə edə bilərlər. Kredit Təşkilatının xidmət dairəsinə səhmdar cəmiyyətlər, kooperativlər, ailə (kəndli) təsərrüfatları, kiçik və orta sahibkarlar, borcalan qrupları və fərdi sahibkarlarla əməkdaşlıq daxildir.
“Aqrarkredit” QSC hazırda kredit xidmətini öz vəsaitləri, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına həyata keçirilməsi davam etdirilir.
Hazırda “Aqrarkredit” QSC-də 300 nəfərdən artıq şəxs çalışır ki, onlardan 120 nəfəri kredit xidməti və ön ofis işçiləridir.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının 20 yaşı tamam olub.
Bölməyə aid digər xəbərlər