21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2021-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı məlumata görə, Bank birinci rübdə yaxşı maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank müsbət dinamikanı davam etdirə bilmiş və 2021-ci ilin birinci rübün nəticələrinə əsasən xalis faiz gəliri11,3 milyon manat, xalis mənfəəti isə 2,9 milyon manat təşkil etmişdir.
Ötən ilin sonu ilə müqayisədə Bankın aktivləri 7,5% artaraq 1,11 milyard manat təşkil etmişdir ki, bu da Banka ölkənin aparıcı beş bankı sırasında yerini möhkəmləndirməsinə imkan vermişdir.Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 4% artaraq 87,2 milyon manat olmuş və minimum məcmu kapital normasını 75% üstələmişdir.
3 ayın nəticələrinə görə Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, bankın depozit portfeli 13% artmışdır ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib. Bankın kredit portfeli 8,4% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Diqqət çəkən məqamlardan biri odur ki , keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 2,2% təşkil etmişdir.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 11,12%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,61% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2,2 dəfə və 1,7 dəfə çoxdur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Bölməyə aid digər xəbərlər