Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya Azərbaycandan pomidor idxalı ilə bağlı məhdudiyyətləri qismən ləğv etdi

Baxış: 358
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Respublikasından pomidor idxalı ilə bağlı məhdudiyyətləri qismən ləğv edib.
Sahibkartv.Az-ın Federal Xidmətin rəsmi saytından əldə etdiyi məlumata əsasən, 17 mart 2021-ci il tarixindən etibarən “Rosselxoznadzor” Rusiyanın Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.
Bu qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti, habelə birgə videogörüşlər zamanı müzakirə edilən nümunələrin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.
Xatırladaq ki, “Rosselxoznadzor”(Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Daha sonra müvafiq qurumların ikitərəfli danışıqlarının nəticəsi olaraq mərhələli şəkildə sahibkarlıq subyektlərinin Rusiyaya pomidor ixracına icazə verilib. 
Qeyd edək ki, Rusiya Azərbaycanın müvafiq məhsul üzrə ən iri bazarlarından biri hesab olunur. Azərbaycan 2020-ci il ərzində xaricə 187 539,4 ton tomat (pomidor məhsulu) ixrac edib və ixrac edilən məhsulun ümumi dəyəri 201 milyon 353,5 min dollar olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.