Cümə axşamı, Aprel 17, 2025
11: 29: 13
Ordumuzun mayoru vəfat etdi

11:08 / 17-04-2025

Azəri-Çıraq-Günəşli və Şahdəniz yatağından əldə edilən gəlir açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-fevral ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 578 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.
Dövlət Neft Fondundan Sahibkartv.Az-a verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 574 milyon 543 min dollar həcmində gəlir əldə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,7 dəfə və ya 42,8 faiz azdır.
Həmçinin, yanvar-fevral ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 3 milyon 538 min ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 19,7 dəfə azalıb. 
Qeyd edək ki, 2020-ci yanvar-fevral ayları ərzində AÇG yatağından 1 milyard 5 milyon ABŞ dollar həcmində, Şahdəniz yatağı üzrə kondensatın satışından isə 69 milyon ABŞ dolları gəlir əldə edilib.


Tarix: 3-03-2021, 11:13 Oxunub: 237


Bölməyə aid digər xəbərlər